METBUAT.AZ

Siyasət

Aİ ilə Azərbaycan arasında əməkdaşlığın aspektləri müzakirə olundu

24 Sentyabr 2024 01:15

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyyəli həftəsi çərçivəsində Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

Görüşdə Aİ ilə Azərbaycan arasında əməkdaşlığın aspektlərini və COP29-un prioritetləri müzakirə olunub.

Tərəflər COP29-dan gözlənilən nəticələr barədə fikir mübadiləsi aparıblar.


metbuat.az.