METBUAT.AZ

İqtisadiyyat

Aİ Rusiya qazından tam imtina edə bilər

11 Sentyabr 2024 17:04

Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiya qazının Avropa İttifaqı ölkələrinin idxalında payı kəskin şəkildə azalıb. Aİ Rusiya qazından tamamilə imtina etməyə hazırdır.

Metbuat.az Avropa Komissiyasının saytına istinadən xəbər verir ki, bunu energetika üzrə Avropa komissarı Kadri Simson bildirib. Onun sözlərinə görə, Rusiya qazının Aİ idxalında payı 2021-ci ildəki 45%-dən 2024-cü ilin iyununa qədər 18%-ə düşüb. Norveç və ABŞ kimi etibarlı tərəfdaşlardan idxal isə artıb.

Simson deyib ki, Aİ Rusiya qazının mərhələli şəkildə dayandırılması planına sadiqdir və bu, Avropaya tədarükün enerji təhlükəsizliyinə xələl gətirmədən həyata keçirilə bilər.


metbuat.az.