METBUAT.AZ

Dünya

Albert Eynşteynin məktubu 4 milyon dollara satıldı

11 Sentyabr 2024 09:33

Albert Eynşteynin ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə ünvanladığı məktub hərracda 3,992 milyon dollara satılıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, sənədin təxmini dəyəri 4-6 milyon dollar təşkil edib .

Alim məktubda ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə nasist Almaniyasının nüvə bombası yarada biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edəkl ki, məktub iki nüsxədə yazılıb. Mətn alman dilində Albert Eynşteyn tərəfindən diktə edilib, daha sonra tələbəsi, macar fizik Leo Szilard tərəfindən ingilis dilinə tərcümə edilib. Məhz Szilard həmkarları Eugene Wigner və Edward Teller ilə birlikdə Eynşteynə müraciət edərək ABŞ prezidentini nasist Almaniyasından mümkün nüvə təhlükəsi barədə xəbərdar etmək istəyib.

Amerika prezidentinə göndərilən ilk versiya 1945-ci ildən Nyu-Yorkda Ruzvelt Prezident Kitabxanası və Muzeyində saxlanılır.


metbuat.az.