METBUAT.AZ

Dünya

Ali Rada Kulebanı vəzifəsindən azad etdi

5 Sentyabr 2024 13:34

Ali Rada Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın istefasını təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Deputat Yaroslav Jeleznyak Telegram kanalında məlumat verib.

O bildirib ki, Ukrayna parlamentinin 240 üzvü cənab Kulebanın istefasına səs verib. Daha 44 deputat səs verməyib, 45 deputat bitərəf qalıb, bir deputat isə əleyhinə səs verib.

Jeleznyak əlavə edib ki, nazirin özü Radanın iclasına gəlməyib.

Qeyd edək ki, Dmitri Kuleba sentyabrın 4-də müvafiq ərizə yazıb.


metbuat.az.