16 Sentyabr 2024 10:44
Özbəkistan prezidenti Şavkat Mirziyayev və Almaniya kansleri Olaf Şolz miqrasiya sazişi imzalayıblar.
Metbuat.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Miqrasiya sazişi xüsusilə səhiyyə sahəsində ixtisaslı işçilərin Almaniyaya daxil olması prosedurunu sadələşdirmək, həmçinin Almaniyada qalmaq hüququ olmayan özbəklərin repatriasiyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, Almaniyada ümumilikdə 13,7 min özbək yaşayır.