METBUAT.AZ

Dünya

Almaniyada qaçqınların sayı rekord həddə çatdı

20 Sentyabr 2024 14:10

Almaniyada 3,5 milyona yaxın qaçqın var.

Metbuat.az xəbər verir ki, bu barədə “Neue Osnabrucker Zeitung” qazeti məlumat yayıb.

Məlumata görə, ilin əvvəlindən onların sayı təxminən 60 min artaraq 1950-ci illərdən bu yana rekord həddə çatıb.

Bildirilib ki, 1,8 milyon qaçqın ukraynalıdır. Onların sayı 2023-cü ilin sonundan 45 min nəfər artıb.

2023-cü ilin sonunda Almaniyanın əhalisi təxminən 85 milyon nəfər olub. Son bir ildə 300 min nəfər artıb. Artımın əsas səbəbi miqrantlar olub.


metbuat.az.