10 Sentyabr 2024 16:50
Əslən estoniyalı atlet Yaan Ruz paytaxtımızın simvollarından biri olan "Alov qüllələri"ndə möhtəşəm bir sleklayn performansı həyata keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə "Redbull" şirkəti məlumat yayıb. Bildirilib ki, Yaan Ruz ən çətin və təsirli tarazlıq fəaliyyəti olan sleklaynın (bir nöqtədən digərinə uzanan neylon və polyester ip üzərində tarazlıqla hərəkət etmək) mürəkkəb bir addımını yerinə yetirib. O, yerdən 183 metr hündürlükdə, 200 və 135 metrlik iki ip üzərində tarazlıq nümayiş etdirib.
Bu möhtəşəm performans həm estoniyalı atletin bacarığını, həm də tarazlıq sənətindəki ustalığını bir daha sübut edib.