METBUAT.AZ

Ölkə

Amil Xəlilin verilişi bağlandı -

10 Sentyabr 2024 23:47

Aparıcısı Amil Xəlil olan "Gəl danış" proqramının yayımı dayandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib.

O bildirib ki, "Space" kanalında yayımlanan veriliş telekanalın rəhbəri Vado Korovin tərəfindən bağlanıb.

"Daimi tamaşaçılarımız, Allah şahididir ki, nə arvadını iki kişi ilə tutanı, nə qaynı ilə hoqqa verən gəlinləri, nə də şərəfsiz mövzuları efirə çıxartdım. Buna ekspertlər də şahiddir. Hətta yutubda tam olaraq baxa bilərsiniz... Canlı efirimdə olan qadın qonaqların belə ayaqlarını ayaqlarının üstünə qoyub oturmasına qadağa qoymuşdum. 9 il ərzində şou etdim, mövzuları teleseriala çevirmədim. Bacardığım qədər üz tutan insanların sosial şəbəkələrdə yox, efirdə məsələsini həll etdim. Bir sözlə, 9 ildə çox işlər gördük, rəsmi qrumlarla bərabər çalışdım. Mən müəmmalı ölüm hadisələrini jurnalist olaraq araşdıranda, hələ o mənəm-mənəm deyən aparıcılar “cuq-cuq” mövzularını yayımlayırdı. Bir sözlə, qərara hörmətlə yanaşıb, yayımı dayandırdıq".

Amil Xəlil bu mövsüm "Xəbərsiz" və "Xoş gəldim" adlı yeni verilişlərlə tamaşaçı qarşısına çıxacağını əlavə edib.


metbuat.az.