METBUAT.AZ

İdman

Ançelotti hədəf taxtasında -

30 Sentyabr 2024 21:58

"Atletiko Madrid"lə 1-1-lik heç-heçədən sonra "Real Madrid" tərəfində gərginlik səngimir.

Metbuat.az xəbər verir ki, “Real” azarkeşləri Arda Gülerlə bağlı baş məşqçi Karlo Ançelottiyə etirazlar edib. Azarkeşlər Ardanın oynamasını tələb ediblər. Ançelotti Ardanın əvəzinə Endrik, Fran Qarsia və Lukas Vaskesi oyuna daxil edib. Ardanın əvəzinə əsas mövqeyi cinah müdafiəçisi olan Vaskesin mərkəzdə oynaması qınanıb. Azarkeşlər əsasən Endrikin oyununu tənqid ediblər. Endrikin təkbaşına oynadığı və ötürmələr etmədiyi qeyd edilib.

Epizodların birində Bellinghemin əlverişli məvqedə olduğu, lakin Endrikin ona ötürmə etmədiyi bildirilib.


metbuat.az.