METBUAT.AZ

İdman

Ançelotti üzr istədi, Ardanın cavabı olay oldu

3 Sentyabr 2024 08:25

İspaniya La Liqasının 4-cü həftəsində keçirilən “Real Madrid” - “Real Betis” matçından sonra Arda Gülerlə baş məşqçi Karlo Ançelotti arasında yaşanan dialoq gündəm olub.

Metbuat.az xəbər verir ki, Ançelotti matçdan sonra soyunub-geyinmə otağında Arda ilə dialoq qurub. “Defensa Central”ın xəbərinə görə, Ançelotti soyunub-geyinmə otağına daxil olaraq Ardanı meydana buraxmadığı üçün ona üzr istəmə jesti edib. Arda isə “Məndən üzr istəməyin, bəy... Qərarlarınıza hörmət edirəm” deyə bildirib.

Qeyd edək ki, Arda Güler "Real Madrid"in "Betis"ə qarşı heyətində yer alsa da, Ançelotti onu meydana buraxmayıb. Matç “Real”ın 2-0 hesablı qələbəsi ilə başa çatıb.


metbuat.az.