METBUAT.AZ

Dünya

Andrey Sibiqa Ukraynanın yeni xarici işlər naziri oldu

5 Sentyabr 2024 15:34

Ali Rada Andrey Sibiqanı Ukraynanın xarici işlər naziri vəzifəsinə təsdiq edib.

Metbuat.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Ali Radanın deputatı Andrey Qonçarenkonun Telegram kanalında verdiyi məlumata görə, 258 deputat Andrey Sibiqanın təyin edilməsinə səs verib.

Qeyd edək ki, Andrey Sibiqanın 49 yaşı var, o, Ternopil vilayətinin Zborov şəhərində anadan olub. 1997-ci ildən diplomatik vəzifələrdə, o cümlədən Ukraynanın Polşadakı səfirliyində çalışıb. 2016-2021-ci illərdə Türkiyədə səfir, sonra prezident aparatı rəhbərinin müavini olub. 2024-cü ilin aprelində o, Ukrayna Xarici İşlər Nazirliyi rəhbərinin birinci müavini təyin edilib.


metbuat.az.