23 Sentyabr 2024 23:43
İspaniya La Liqasında növbəti turda “Santiaqo Bernabeuda” oynanılacaq “Real Madrid” - “Alaves” matçında braziliyalı Endrikin ilk 11-də meydana çıxacağı bildirilib.
Metbuat.az xəbər verir ki, onun hansı mövqedə oynayacağı dəqiq qeyd edilməyib. Bəzi mənbələr onun Arda Güleri əvəzləyəcəyi və sağ cinahda oynayacağını irəli sürülüb. Yerli media yazır ki, Ançelottinin Mbappedən imtina edəcəyi gözlənilmir. Ola bilər ki, Vinisius start 11-ə qayıdacaq və Rodriqoya istirahət veriləcək. Bellinqhem, Valverde və Tşouameni yarımmüdafiədə oynayacaq. Müdafiədə isə Rüdiger, Militaoya, Mendi və Lukas Vazkes yer alacaq.
Qeyd edə ki, Endrik indiyədək cəmi 26 dəqiqə oynasa da, 2 qol vurub və 1 penalti qazanıb.