9 Sentyabr 2024 10:57
Uels - Türkiyə matçının 88-ci dəqiqəsində zədə səbəbindən oyundan çıxan Arda Gülerə görə “Real Madrid” rəhbərliyi ilə Türkiyə millisi arasında gərginlik yaşanıb.
Metbuat.az xəbər verir ki, Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella İslandiya matçı öncəsi mətbuat konfransında Ardanın zədəsi barədə danışıb. O bildirib ki, Arda hələlik rahat yeriyə bilmir. Ona görə də futbolçu məşqə çıxmayıb. Baş məşqçi İslandiya matçında Ardanın əsas heyətdə yoxsa ehtiyatda qalacağına dair qərar verilmədiyini ifadə edib. Bu sözlər “Real Madrid” rəhbərləyinin etirazına səbəb olub. Hətta “Real Madrid”in prezidenti Florentino Peres də baş məşqçinin sözlərinə etiraz edib.
“Defensa Central”da yer alan xəbərə görə, Peres köməkçilərinə "Əgər fiziki vəziyyətinin yaxşı olduğuna əmin deyilsinizsə,100 faiz sağalana qədər onu heyətə daxil etməməlisiniz" deyə bildirib. “Real Madrid” klubu futbolçunun İslandiya ilə qarşılaşmada forma geyinməsini istəmir.