20 Sentyabr 2024 10:09
Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu gün Kiyevə gedib.
Metbuat.az xəbər verir ki, bu barədə o, "X" şəbəkəsində məlumat verib. O qeyd edib ki, Rusiya Ukraynanın enerji infrastrukturunu hədəfə almaqda davam edir:
"İstilik mövsümü başlayır. Biz Ukraynaya cəsarətli səylərində kömək edəcəyik. Kiyevə Avropanın dəstəyini müzakirə etmək üçün gəlmişəm".