METBUAT.AZ

İdman

Avropa nəgəngləri 17 yaşlı türk futbolçunu istəyir

20 Sentyabr 2024 10:02

“Beşiktaş”ın 17 yaşlı futbolçusu Mustafa Hekimoğlunun Avropanın böyük liqalarından taliblərinin olduğu iddia edilir.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, "Beşiktaş"ın yetirməsi olan Hekimoğlu çıxış etdiyi matçlarda göstərdiyi performansla diqqət çəkib. Futbolçu üçün İspaniya, İngiltərə, İtaliya və Fransadan təkliflər olduğu qeyd edilib.

“Ağ-qaralar”ın rəhbərliyi bir şərtlə gənc hücumçunu satmağa hazırdır. Gənc futbolçu yanlız astronomik təklif olarsa satılacaq.


metbuat.az.