13 Sentyabr 2024 22:53
İngiltərə nəhəngi "Liverpul" Arda Güleri almaq üçün səylərini davam etdirir.
Metbuat.az xəbər verir ki, "Liverpul" Arda Güler üçün 70 milyon avro təklif edib. “Defensa Central”ın xəbərinə görə, Kubonu "Real Sosyedad"dan 60 milyon avroya transfer etmək istəyən, lakin transferi həyata keçirə bilməyən "Liverpul", diqqəti Arda Gülerə yönəldib. Bildirilir ki, İngiltərə nəhəngi Ardanı növbəti transfer dövründə heyətə cəlb etmək istəyir. Xəbərlərdə deyilir ki, “Real Madrid” rəhbərliyi futbolçunun həm indiki vəziyyətdə, həm də gələcəkdə böyük potensiala sahib olacağını hesab edir. Buna görə, “Real” futbolçunu satmaq istəmir. Xəbərdə bildirilir ki, Ardanın yarımmüdafiəçi, hücumda yarımmüdafiəçi və ya sağ cinah oyunçusu kimi oynaya biləcək fərqli istedadı var.
Qeyd edək ki, bundan əvvəl də, “Liverpul”un Arda üçün təklif göndərdiyi deyilirdi.