6 Sentyabr 2024 09:40
Amerikalı iş adamı İlon Mask hesab edir ki, Avropa İttifaqında (Aİ) demoqrafik böhran qaçılmazdır.
Metbuat.az xəbər verir ki, o,1960-cı ildən bəri Aİ ölkələrində rekord aşağı doğum səviyyəsi ilə bağlı yazılanları belə şərh edib. 1960-cı ildən bəri ilk dəfə olaraq Aİ-də doğulanların sayı 4 milyondan aşağı düşüb. 2022-ci ildə isə cəmi 3,88 milyon uşaq doğulub.
Avropada ən aşağı doğum göstəriciləri Malta (1,08), İspaniya (1,16), İtaliya (1,24), Yunanıstan (1,32) və Kiprdə (1,37) qeydə alınıb.
2020-ci ildə Aİ-də təxminən 447,5 milyon insan yaşayırdı. Lakin bu rəqəm COVID-19 pandemiyasından sonra azalmağa başlayıb. Avropa İttifaqının statistika agentliyi 2100-cü ilə qədər Aİ əhalisinin 27,3 milyon nəfər və ya 6,1% azalacağını proqnozlaşdırıb.
2023-cü ildə Elon Musk demişdi ki, aşağı doğum nisbətləri səbəbindən demoqrafik çöküş "sivilizasiya üçün qlobal istiləşmədən daha böyük risk yaradır".