METBUAT.AZ

Dünya

Ayşenurun cənazəsi Bakıdan Türkiyəyə yola salındı

13 Sentyabr 2024 12:10

İordan çayının qərb sahilində dinc nümayiş zamanı İsrail əsgərləri tərəfindən öldürülən Ayşenur Ezgi Eyginin cənazəsi Təl-Əvivdən Bakıya gətirilib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və səfirliyin əməkdaşları Eyginin cənazəsini Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılayıblar. Bakıda Türkiyə bayrağına bükülmüş cənazə THY-nin İstanbul təyyarəsinə gətirilərək Türkiyəyə yola salınıb.

Qeyd edək ki, Ayşenur Ezgi Eygi Türkiyədə anadan olub, bir müddət sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb. Eyginin ABŞ-da universitet təhsilinə başlamazdan əvvəl siyasi kampaniyalarda iştirak etdiyi bildirilir. Məlumatda deyilir ki, Donald Tramp 2016-cı il seçkilərində qalib gələndə Eygi Tramp əleyhinə aksiyalarda fəal rol oynayıb, tələbələrin hərəkətlərinə rəhbərlik edib və bəzi aksiyalarda təsirli çıxışlar edib. O həmçinin Fələstinlə bağlı kampaniyalarda da fəal iştirak edib.


metbuat.az.