METBUAT.AZ

İdman

Azərbaycan millisi Serbiyaya məğlub oldu

10 Sentyabr 2024 21:04

Avropa çempionatının seçmə mərhələsində Serbiya millisi ilə qarşılaşan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandası məğlub olub.

Metbuat.az-ın məlumatına görə, "Dalğa Arena"da gerçəkləşən matçda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa da eyni hesabla uduzub. Samir Əliyevin baş məşqçisi olduğu yığma turnir cədvəlində sonuncu - altıncı pillədə qərarlaşıb.


metbuat.az.