METBUAT.AZ

İdman

Azərbaycan millisi yoxlama oyunu keçirdi

9 Sentyabr 2024 21:43

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq görüşünü keçirib.

Metbuat.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Darıca” stadionunda baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar sentyabrın 12-də eyni stadionda ikinci yoldaşlıq görüşündə üz-üzə gələcəklər.


metbuat.az.