METBUAT.AZ

İdman

Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşdi

6 Sentyabr 2024 19:58

Minifutbol üzrə U-23 dünya çempionatının püşkü atılıb.

Metbuat.az xəbər verir ki, püşkatmada Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. B qrupunda yer alacaq yığmamız Kolumbiya, Slovakiya və İraq komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Xorvatiyada təşkil olunan dünya çempionatı oktyabrın 7-də start götürəcək.


metbuat.az.