METBUAT.AZ

Texnologiya

Azərbaycan xaricdən 305 milyon dollarlıq əczaçılıq məhsulları aldı

2 Sentyabr 2024 18:24

Bu ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 305,4 milyon dollar təşkil edib.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,6% azdır.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2,83 %-ni təşkil edib.

Əlavə edək ki, 2023-cü ilin eyni aylarında Azərbaycan 362 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.


metbuat.az.