METBUAT.AZ

Ölkə

Azərbaycana gətirilən bu məhsulda bakteriya aşkarlandı

13 Sentyabr 2024 14:36

Azərbaycana idxal olunan hind quşu subməhsulunda salmonella bakteriyası aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, “TFL-CO.” MMC-nin Rusiyadan idxal etdiyi “Soyuzpromptisa” MMC-yə məxsus, ümumi çəkisi 684 kq olan üç hind quşu subməhsulu partiyasından götürülən nümunələrin müayinəsi nəticəsində salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.


metbuat.az.