4 Sentyabr 2024 18:26
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 58.2 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 303 milyon manata bərabər olub.
Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyul aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 29.9% və ya 450.9 milyon manat, banklardan xaricə köçürmələr isə 17.6% və ya 64.6 milyon manat azalıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 509.1 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 367.6 milyon manat təşkil edib.