METBUAT.AZ

COP29

“Azərsun Holdinq” COP29-un Dayanıqlı İnkişaf Tərəfdaşıdır

17 Sentyabr 2024 14:13

Ölkəmizdə fəaliyyətə başladığı gündən iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına töhfələr verən “Azərsun Holdinq”, həm də Azərbaycanda təşkil edilmiş qlobal layihələrin əsas tərəfdaşlarından olub.

Üzərində “Made in Azerbaijan” yazısını daşıyan məhsulları ilə dünyanın 40-dan artıq ölkəsində Azərbaycanı şərəflə təmsil edən “Azərsun Holdinq” Bakıda təşkil ediləcək COP29 layihəsi ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Adıçəkilən şirkətlər qrupu layihədə Dayanıqlı İnkişaf Tərəfdaşı olaraq təmsil olunacaq.

11-22 noyabr arası keçiriləcək layihədə “Azərsun Holdinq” qida, qeyri-qida, kənd təsərrüfatı, daşınmaz əmlak və digər fəaliyyət sahələrində dayanıqlı inkişaf üçün təcrübələrini paylaşacaq, eyni zamanda bu istiqamətdə qlobal təşkilatlar və şirkətlərlə əməkdaşlıq imkanlarını dəyərləndirəcək. Məsələ ilə bağlı “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozal açıqlama verib:

“COP29-a tərəfdaş kimi qoşulmaq, “Azərsun”un dayanıqlı inkişafa sadiqliyinin əyani sübutudur. Biz inanırıq ki, qlobal liderlərlə birgə işləməklə biz əhəmiyyətli dəyişikliklərə təkan verə və hamı üçün daha dayanıqlı gələcəyə töhfə verə bilərik. Biz böyük həvəslə COP29 çərçivəsində baş tutacaq görüşlərimizi gözləyirik”.


metbuat.az.