27 Sentyabr 2024 10:26
AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən "Candy kids" adlı özəl uşaq bağçasında ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.