METBUAT.AZ

Hadisə

Bakıda avtobus 8 yaşlı velosipedçini vuraraq öldürdü

17 Sentyabr 2024 09:54

Bakıda marşrut avtobusu 8 yaşlı uşağı vurub.

Metbuat.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Asdan Hüseynovun idarə etdiyi "İsuzu" markalı marşrut avtobusu velosipedlə hərəkətdə olan 2016-cı il təvəllüdlü Nicat Quliyevi vurub. Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


metbuat.az.