METBUAT.AZ

Ölkə

Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

4 Sentyabr 2024 22:04

Paytaxtın Sabunçu rayonunda narkopritonda silahlı insident olub.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 4-də saat 21 radələrində paytaxtın Sabunçu rayonunda polis əməkdaşları tərəfindən evlərin birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli daxil olan məlumat üzrə əməliyyat keçirilib.

Əməliyyat tədbirində polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.

Müəyyən edilib ki, narkopriton təşkil edən şübhəli şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Akif Zakir oğlu Məmmədovdur.

Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və "Makarov" markalı tapança aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.


metbuat.az.