METBUAT.AZ

İdman

​“Barselona” Voyçex Şesni ilə razılıq əldə etdi

25 Sentyabr 2024 20:43

“Barselona” Voyçex Şesni ilə razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, bu barədə italyan insayder Fabrizio Romano məlumat verib. O bildirib ki, polşalı qapıçı azad agent kimi “Barselona”ya qoşulacaq. Karyerasını bitirdiyini elan edən Voyçex Şesni geri qayıdacaq və zədələnən Mark-Andre ter Ştegeni əvəz etmək üçün “Barselona” ilə bir illik müqavilə imzalayacaq.

Qeyd edə ki, Voyçex Şesni “Barselona”ya keçməyə razı olduğunu açıqlamışdı. O, ““Barcelona”nın tarixinə böyük hörmətim var. “Barselona” dünyanın ən yaxşı klublarından biridir. Ter Ştegenin zədəsindən sonra onlar üçün yaranmış vəziyyəti başa düşürəm və bu variantı nəzərdən keçirməməyim hörmətsizlik olar” deyə bildirmişdi.


metbuat.az.