METBUAT.AZ

İdman

"Barselona"ya pis xəbər -

23 Sentyabr 2024 15:54

"Barselona"nın əsas qapıçısı Mark-Andre ter Ştegen mövsümü başa vurub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb 32 yaşlı qolkiperin La Liqanın VI turunda "Vilyarreal"a qarşı oynanılan matçda zədələnməsi olub. Almaniyalı qapıçının yaxın zamanda əməliyyat ediləcəyi qeyd edilib.

Qapıçı bu zədəyə görə 8 ay meydana çıxa bilməyəcək.


metbuat.az.