METBUAT.AZ

İdman

"Barselona"ya yeni ulduzundan pis xəbər

16 Sentyabr 2024 14:43

"Barselona"nın "Jirona"nı 4:1 hesabı ilə məğlub etdiyi matçda zədələnən Dani Olmodan pis xəbər gəlib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ispan futbolçu uzun müddət meydandan uzaq qalacaq. Klubun oyunçu ilə bağlı açıqlamasında qeyd edilib:

"Bu səhər Dani Olmo üzərində edilən testlər onun sağ diz nahiyəsindən zədə aldığını ortaya qoydu. Onun təxminən 4-5 həftə sahələrdən uzaq qalacağı gözlənilir".

Dani Olmo bu mövsüm 3 matçda "Barselona"nın formasını geyinib. 26 yaşlı futbolçu bu görüşlərdə 3 qol vurmağı bacarıb.


metbuat.az.