METBUAT.AZ

Dünya

Baydenin oğluna 17 il həbs cəzası verilə bilər

6 Sentyabr 2024 14:24

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden doqquz növ vergidən yayınmada günahını etiraf edib.

Metbuat.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumata görə, Kaliforniya Mərkəzi Dairəsinin federal məhkəməsi hökmü dekabrın 16-na təyin edib.

Bundan əvvəl, yanvarın 12-də Hunter Bayden 1,4 milyon dollar vergidən yayınmaqda təqsirli olmadığını bildirib.

Qeyd edək ki, 2023-cü il dekabrın əvvəlində prezidentin oğluna qarşı vergidən yayınma ittihamı irəli sürülüb. Hunter Bayden 17 ilə qədər həbs oluna bilər.


metbuat.az.