METBUAT.AZ

Ölkə

BDU-nun tələbəsi faciəvi şəkildə öldü -

27 Sentyabr 2024 20:01

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində "Politologiya" ixtisası üzrə təhsil alan IIl kurs tələbəsi Kənan Abıyev faciəvi şəkildə vəfat edib.

Bu barədə Metbuat.az-a BDU-dan məlumat verilib. Məlumata görə, tələbə avtoqəza nəticəsində həyatını itirib.

"BDU rəhbərliyi və kollektivi tələbəmizin vaxtsız vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.


metbuat.az.