METBUAT.AZ

İdman

Benzia "Tottenhem"lə bugünkü oyundan danışdı

26 Sentyabr 2024 17:27

"Qarabağ"ın futbolçusu Yassin Benzia Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda "Tottenhem"lə oyun öncəsi fikirlərini bildirib.

Metbuat.az qol.az-a istinadən xəbər verir ki, o, rəqibin güclü olmasına baxmayaraq, layiqli rəqabət aparacaqlarına inandığını söyləyib: “Bura özümüzü yaxşı tərəfdən göstərmək üçün gəlmişik. İnanıram ki, bizim üçün yaxşı oyun olacaq”.

Qeyd edək ki, bu gün keçiriləcək "Tottenhem" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


metbuat.az.