16 Sentyabr 2024 11:51
Türkiyə Super Liqasında 5-ci həftənin ən diqqətçəkən matçında "Trabzonspor" öz meydanında "Beşiktaş"ı qəbul edib.
Metbuat.az xəbər verir ki, qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. "Trabzonspor" 17-ci dəqiqədə Okay ilə önə keçib, Gedson 39-cu dəqiqədə hesabı bərabərləşdirib. "Trabzonspor"un futbolçusu Edin Viska 13-cü dəqiqədə Rafa Silvaya müdaxilə etdiyi üçün VAR xəbərdarlığından sonra qırmızı vərəqə alıb.
Bu nəticə ilə "Beşiktaş" liqada ilk xalını itirərək xalını 10-a yüksəldib. Trabzonspor isə 3-cü matçında heç-heçə edib.