17 Sentyabr 2024 12:13
Məhkumluq haqqında arayışın təqdim edilməsinin "mygov" rəqəmsal hökumət platformasına gətirilməsi nəzərdə tutulub.
Metbuat.az xəbər verir ki, bunu yenilənmiş "mygov" rəqəmsal hökumət plarformasının təqdimatı zamanı sual-cavab sessiyasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədrinin müavini Şahin Əliyev deyib.
Ş.Əliyev bildirib ki, digər dövlət xidmətlərinin də "mygov"a inteqrasiya istiqamətində işlər görülür.