METBUAT.AZ

İdman

Bu futbolçular alınsa Qvardiola qalacaq -

17 Sentyabr 2024 21:45

“Mançester Siti" rəhbərliyi baş məşqçi Pep Qvardiolaya yeni müqavilə təklif edib.

Metbuat.az xəbər verir ki, yeni təklifdə transfer ediləcək futbolçuların adları da yer alıb. “Daily Mail” qəzetinin iddiasına görə, “Mançester Siti" rəhbərliyi Qvardiolaya onun bəyəndiyi futbolçular olan Musiala ve Florian Virtzi transfer edəcəyini vəd edib.Həmçinin, yeni müqavilədə məşqçiyə 20 milyon avrodan çox məvacib təklif edilib. Bu təkliflərdən sonra Qvardiolanın klubda qala biləcəyi irəli sürülür. Qeyd edək ki, mövsümün sonunda Pep Qvardiolanın klubdan ayrılmağa qərar verdiyi barədə xəbərlər dərc edilmişdi. “Todofichajes”in xəbərinə görə, Qvaridola 2024/25 mövsümündə "Mançester Siti"ni çalışdırmağa razılaşsa da, mövsümün sonunda komandanı tərk etmək istəyir.

İddia edilir ki, "Mançester Siti" Qvaridolanı əvəz etmək üçün artıq namizədi də müəyyənləşdirib. "Mançester Siti" "Jirona"nın çalışdırıcısı Mişeli kluba gətirmək istəyir.


metbuat.az.