METBUAT.AZ

Gündəm

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçiriləcək

1 Sentyabr 2024 00:01

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Metbuat.az xəbər verir ki, səsvermə hüququ olan 6 milyon 421 min 960 vətəndaş bu gün səs verə biləcək.

Səsvermə prosesi saat 08:00-da başlayıb və 19:00-da başa çatacaq.

Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Bu namizədlər arasında siyasi partiyaların nümayəndələri, müstəqil namizədlər və yeni siyasi qüvvələr təmsil olunur. Bu, ölkədə müxtəlif siyasi ideyaların və fikirlərin təmsilçiliyini təmin etməyə yönəldilmiş bir addım kimi qiymətləndirilir.

Qeyd edək ki, bu seçkilər Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçiriləcək.


metbuat.az.