METBUAT.AZ

Media

Bu gün "Yeni Çağ"ın 17 yaşı olur

5 Sentyabr 2024 10:43

Bu gün Yenicag.az saytının 17 yaşı tamam olur.

Metbuat.az bildirir ki, ölkənin ilk xəbər portallarından olan Yenicag.az saytı 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb. Sayt Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri operativ və obyektiv qaydada oxuculara çatdırır.

2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk (Yenicag.info) və rus (novayaepoxa.com) dillərində əlavə versiyaları da fəaliyyətə başlayıb. 2018-ci ildən etibarən Media Qrupunun Yenicag.tv video portalı da fəaliyyətə başlayıb.

“Yeni Çağ” Media Qrupuna Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü Aqil Ələsgər rəhbərlik edir.


metbuat.az.