6 Sentyabr 2024 09:37
Böyük Britaniya Ukraynaya 650 ədəd çoxməqsədli “Martlet” raketi tədarük edəcək.
Metbuat.az xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, raketlərin Kiyevə verilməsində məqsəd hava hücumundan müdafiəni gücləndirməkdir.
Qeyd edək ki, yardım paketinin dəyəri 210 milyondan dollardan çoxdur. Raketlərin bu ilin sonuna qədər Kiyevə çatdırılacağı gözlənilir.