METBUAT.AZ

Dünya

Bu ölkə Kiyevə Rusiyanı vurmağa icazə verdi

10 Sentyabr 2024 09:12

Ukrayna qüvvələrin Niderlanddan aldığı silahlarla Rusiya ərazisinə zərbə endirə bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Niderland müdafiə naziri Ruben Brekelmans məlumat yayıb. O bildirib ki, Ukraynanın özünümüdafiə hüququ var və əgər Kiyev Rusiyadakı hərbi bazalardan hücuma məruz qalırsa, o obyektləri vura bilər.

Nazir bildirib ki, Kiyev Niderland silahlarından istifadə edərək istənilən məsafədəki hədəflərə zərbə endirə bilər.


metbuat.az.