METBUAT.AZ

Dünya

Bu ölkə Kiyevə yeni silah-sursat verəcək

23 Sentyabr 2024 14:43

Niderland tezliklə Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün üç buraxılış qurğusunu təhvil verməyi planlaşdırır.

Metbuat.az bildirir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans məlumat yayıb:

"Mən yanlız tədarük etdiklərimiz barədə danışa bilərəm. Biz radar sistemini təhvil vermişik və çox yaxında üç buraxılış qurğusunu təhvil verəcəyik. Biz həmçinin sistemi tamamlamaq üçün zəruri olan digər elementləri tapmağa çalışırıq".

Müdafiə naziri deyib ki, Ukraynaya həqiqətən kömək etmək istəyən bir neçə ölkə var:

"Onlar əllərindən gələni edirlər. Amma bu sistemi bir araya gətirməyi qeyri-mümkün edən bəzi problemlərlə üzləşiblər. Bizim həmişə şəffaf olmamağımızın səbəbi odur ki, biz Rusiyaya məlumat vermək istəmirik”.


metbuat.az.