METBUAT.AZ

Dünya

Bu ölkə Ukraynaya "Patriot" verəcək

2 Sentyabr 2024 15:16

Rumıniya Ukraynaya "Patriot" müdafiə sistemlərinin tədarükünü nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, qanun layihəsi yekun səsvermə üçün parlamentə göndərilib.

Qeyd edək ki, bu hava hücumundan müdafiə sistemi NATO ölkələrinin son aylarda Kiyevə təhvil verəcəyinə söz verdiyi beş sistemdən biridir.


metbuat.az.