15 Sentyabr 2024 21:30
İndoneziyada 5,5 maqnitudalı zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzin məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri 172 min insanın yaşadığı Bontanq şəhərindən (Kalimantan adası) 101 km şimal-şərqdə olub və ocağı 11 km dərinlikdə yerləşib.
Hadisə nəticəsində zərərçəkənlər və dağıntılar barədə hələlik məlumat verilmir, sunami təhlükəsi də elan edilməyib.