12 Sentyabr 2024 11:27
Pakistanda meymun çiçəyi virusuna yoluxanların sayı 6-ya çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirlib ki, M pox (mpox) virusu Xayber Paxtunxva əyalətinin Dir rayonunda yaşayan və bir müddət əvvəl Yaxın Şərq ölkələrindən birindən qayıdan şəxsdə aşkar edilib.
Həmin şəxs Pişəvər hava limanında tibbi müayinənin nəticəsi müsbət çıxdıqdan sonra karantinə alınıb.
Qeyd edək ki, avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) M pox virusu ilə bağlı fövqəladə vəziyyət elan edib.