METBUAT.AZ

Dünya

Bu ölkədə turistlərdən alınan rüsum artırılır

3 Sentyabr 2024 16:27

Yeni Zelandiya ölkəyə daxil olarkən turistlərdən alınan rüsumun artırılmasına qərar verib.

Metbuat.az xəbər verir ki, bu barədə “The New Zealand Herald” qazeti məlumat yayıb.

Hökumət oktyabrın 1-dən etibarən turist rüsumunun təxminən 200 faiz artırılaraq 22 dollardan 62 dollara çatdırılacağını açıqlayıb.

Turizm naziri Matt Doocey beynəlxalq turizmin Yeni Zelandiya iqtisadiyyatında mühüm rol oynadığını vurğulayaraq, ödənişin artırılmasının ölkənin turizm xərclərinə fayda gətirmək məqsədi daşıdığını bildirib.


metbuat.az.