5 Sentyabr 2024 11:22
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.
Metbuat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Azərbaycandan ixrac edilən tökmə çuqunun tullantıları və qırıntıları, qalay layı ilə örtülmüş qara metalların tullantıları və qırıntılarının 1 000 kq üçün tarif dərəcəsi 7 ABŞ dollarından 500 ABŞ dollarına artırılıb.
Torna yonqarları, kəsiklər, qırıntılar, frezer istehsalatı tullantıları, mişarağzı və təkrar əritmə üçün külçələrin (şixta külçələri) tarif dərəcəsi 1000 kq üçün 5 ABŞ dollarından 500 ABŞ dollarına artırılıb.
Saflaşdırılmış misin hər 1000 kq-ı üçün ixrac rüsumu 15 ABŞ dolları, 31.12.2024-cü il tarixinədək -10 %, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla olub. Dəyişikliyə əsasən, saflaşdırılmış misin hər 1000 kq-ı üçün ixrac rüsumu 50%, lakin 1000 kq-a 4000 ABŞ dollarından az olmamaqla olacaq.
Saflaşdırılmış misin, mis və sink əsasında ərintilərin (latunun), hər 1000 kq-ı üçün ixrac rüsumu 15 ABŞ dolları, 31.12.2024-cü il tarixinədək -10 %, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla olub. Dəyişikliyə əsasən, saflaşdırılmış misin hər 1000 kq-ı üçün ixrac rüsumu 50%, lakin 1000 kq-a 4000 ABŞ dollarından az olmamaqla olacaq.
Bu Qərar dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minir.