METBUAT.AZ

Sosial

Bu şəxslərə kompensasiya veriləcək -

5 Sentyabr 2024 10:50

Nazirlər Kabineti “Yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan vergi orqanının vəzifəli şəxsinə və onun ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi Qaydası və məbləği”ni təsdiq edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, maliyyələşdirmə məsələləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçiriləcək. Qərar 2024-cü il yanvarın 1-dən tətbiq ediləcək

Vergi orqanının vəzifəli şəxsinə xidmət keçdiyi dövr ərzində müvəqqəti yaşayış sahəsi üçün yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğlərdə veriləcək:

- Bakı şəhərində - 150 manat;

- Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat;

- başqa şəhər və rayon mərkəzlərində - 75 manat;

- digər yaşayış məntəqələrində - 55 manat.


metbuat.az.