METBUAT.AZ

Ölkə

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

6 Sentyabr 2024 16:21

Bu gün saat 22:00-dan Bakının Heydər Əliyev adına Beynəlxalq Aeroportundan Mərdəkan qəsəbəsinə gedən avtomobil yolunun 3-cü km-də yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

"Yol bağlanmır. Sürücülərdən qeyd olunan tarixdən etibarən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.


metbuat.az.