METBUAT.AZ

Dünya

Çin iqtisadi tənəzzül səbəbindən bu addımı atdı

13 Sentyabr 2024 17:05

Çin lideri Si Cinpinin pensiya yaşını artırmaq qərarına gəlib.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, qərar ölkənin yaşadığı iqtisadi tənəzzüllə əlaqədar qəbul edilib. Məlumata görə, kişilər üçün pensiya yaşı 60-dan 63-ə, qadın işçilər üçün isə 55-dən 58-ə qaldırılacaq.

Kişilər üçün pensiya yaşı 2025-ci ildən başlayaraq tədricən 15 il ərzində artırılacaq. Qadınlar üçün də dəyişikliklər var, lakin bu, işlədiyi vəzifədən asılıdır:

- Fiziki işçilər əvvəlki kimi 50 yaşında deyil, 55 yaşında təqaüdə çıxacaqlar;

- Ofis və ya inzibati vəzifələr 55 əvəzinə 58 ilə təqaüdə çıxacaq.

Eyni zamanda, pensiya haqlarının ödənilməsinin minimum ilinə çatdıqdan sonra insanlara üç ildən çox olmayaraq könüllü şəkildə pensiyaya çıxmağa icazə veriləcək. Amma qanuni yaşdan əvvəl pensiyaya çıxmasına icazə verilməyəcək.


metbuat.az.